Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandıbackend

Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqədə 3-cü yer uğrunda görüşə çıxıb.

KONKRET.az xəbər verir ki, rəqib sloveniyalı Martin Hojak olub. Görüşün gedişində Hojakın burnundan bir neçə dəfə qan açılıb. Sona doğru Orucov vaza-ari xalı ilə qələbəyə nail olub.

Bu, Azərbaycanın hazırkı yarışda ilk medalı olub. İlk yarış günündə Orxan Səfərov 66 kq çəkidə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Rüstəm Orucov Böyük Dəbilqədə mübarizəyə 1/32 final mərhələsindən başlayıb. 29 yaşlı idmançı ardıcıl olaraq, ispaniyalı Salvador Cases Roka, ABŞ təmsilçisi Aleksander Törner, misirli Məhəmməd Mohyeldin və monqolustanlı Tsonqbaatar Tsend-Oçirə qalib gəlib. Yarımfinalda isə Orucov cənubi koreyalı An Çanqrimə uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*