Azərbaycan çaylarına zəhər axıdılır – Ermənistandan növbəti ekoloji TERRORbackend

Azərbaycan çaylarına zəhər axıdılır - Ermənistandan növbəti ekoloji TERROR

Ermənistanın Mehri rayonunun şimal-qərb hissəsində olan molibden yataqlarının yuyulması nəticəsində Araz çayına kifayət qədər zəhərli maddələr axıdılır.

KONKRET.az xəbər verir ki, bunu bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Musa Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Qafan inzibati rayonu ərazisindən axan Oxçuçay vasitəsilə Araz çayı çirkləndirilir:

“Kür çayı Sabirabadın yaxınlığında Araz çayı ilə birləşir və digər zərərli elementlərlə zənginləşir. Bu çirklənmə də bizim insanlarımızın sağlamlığına və təsərrüfatımıza kifayət qədər zərbə vurur. Ermənilər Ağstafaçay, Həsənsu çaylarının yuxarı hissəsində də həmin fəlakəti törədirlər”./trend/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*