Azərbaycan cüdoçuları açıq Avropa turnirində qızıl və gümüş medal qazandıbackend

Azərbaycan cüdoçuları açıq Avropa turnirində qızılgümüş medal qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə Avropa açıq turnirində Azərbaycan yığması ilk iki medalını qazanıb.

KONKRET.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində final görüşündə Samir Piriyev və Turan Bayramov üz-üzə gəlib. Bayramov qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vurub. Nəticədə o, qızıl, Piriyev isə gümüş medal əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Ruslan Paşayev 66 kq çəkidə bürünc medal görüşünə çıxacaq. Rəqib ispaniyalı Karlos Sotilyo Qomes olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*