“Azərbaycan da İranın sərhədlərini tanımaya bilər” – Fazil Mustafabackend

“Azərbaycan da İranın sərhədlərini tanımaya bilər” - Fazil Mustafa

“İran regionda sərhəd dəyişikliyini qəbul etmədiyini deməklə beynəlxalq hüququ tapdalayır. İran sərhədləri tanımırsa, öz sərhədlərini də şübhə altına alır. Onda Azərbaycan da İranın sərhədlərini tanımamaq barədə qərar çıxara bilər. İrana sual edirik: Bu nə axmaq yanaşmadır?”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan-İran gərginliyinə münasibət bildirərkən deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və sərhədləri bərpa edilib. Deputat qeyd edib ki, İranın Azərbaycan sərhədlərini tanımaması dünyada heç nəyi dəyişmir:

“İran beynəlxalq hüquqdan imtina edirsə, əla, qoy bunu etsin. Bəs sonra nə olacaq? Bu deməkdir ki, hansısa güc İranla bağlı beynəlxalq hüquqdan kənar addım atsa, Azərbaycan da onu dəstəkləyəcək”.

Parlamentari söyləyib ki, İranın mövqeyi mənasız tələblərə əsaslanır.

“Görünür ki, başları bu məsələdə tərsinə işlədi. Ağıllı dövlət siyasəti yürüdən şəxslər mütləq beynəlxalq hüquqa istinad edərək fikir səsləndirməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*