Azərbaycan bir il gözlədi, daha gözləməyəcək.
KONKRET.az xəbər verir ki, bunu xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O əmindir ki, Azərbaycan bir il gözlədi, daha gözləməyəcək.
“Azərbaycan Zəngəzur dəhlizi və Ermənistan-Azərbaycan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı təşəbbüsü öz üzərinə götürüb. Əgər Ermənistanın başqa variantı yoxdursa, Azərbaycan öz variantından istifadə edir. Moskva da Bakıya etiraz göndərmir və bu o deməkdir ki, hər şey razılaşmalara uyğun gedir”, – deyə politoloq vurğulayıb.
Xuraman Etibarlı
KONKRET.az
