Azərbaycan dəhlizə tam nəzarət edəcək – Ruslar çıxılmaz vəziyyətdəbackend

Azərbaycan dəhlizə tam nəzarət edəcək - Ruslar çıxılmaz vəziyyətdə

Son günlər Xankəndi ətrafında baş verən proseslər onu deməyə əsas verir ki, 44 günlük müharibədən sonra imzalanan üçtərəfli bəyanat əslində müvəqqəti sülhə hesablanıb. Deməli, bu günə qədər söhbət Rusiyanın heç də uzunmüddətli sülhə zəmin yaratmaq cəhdlərindən getməyib. Elə gördüyümüz və izlədiyimiz son mənzərə də budur: İmepiya təfəkkürlü Putin Cəbubi Qafqazdakı maraqları naminə uzunmüddətli qanlı müharibələrə rəvac verən addımlardan çəkinmir. Öz quyruqları ilə çəkdikləri siyasi peyzaj belədir: rus sülhməramlılarının dəstəyi ilə erməni separatçılarına silah daşınması davam edir.

Qədim Roma hüququnun sülhə sadiq olmayan prinsipləri burda daha təntənəli şəkildə işə düşüb: Düşmənlə razılaş, amma bildiyini et. Çünki tam məğlubiyyətdən yalnız bu şəkildə qurtarmaq olar. Ona görə də savaşdığın tərəfə münasibətdə hər şeyə icazə var.

Bu gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə rus sülhməramlılarının köməyi ilə separatçılara silah daşınması o deməkdir ki, hələ bizi ağır hərbi əməliyyatlar gözləyir. Nə qədər acı da olsa, əsl düşmən heç vaxt bizi tərk etməyəcək (polşalı satirik-yazıçı Stanislav Yeji Lents). Ona görə də İlham Əliyevin yeritdiyi siyasət idealdır və alternativi yoxdur: Dinc danışıqlara təpədən dırnağadək, silahlanıb getməliyik. Vəziyyət artıq 100 ildir belədir, ermənilər düşmən kimi türkləri və Azərbaycan dövlətini hədəf seçib. Məcburuq ki, onlar tam təslim olana qədər qısa fasilələrlə antirerror əməliyyatlarını davam etdirək. Çünki məqsədə lap az qalıb. Əgər ona belə yaxınıqsa, daha çox səfərbər olmalıyıq.

İşğal dövrünü unutmamışıq. Robertin, Serjin və nəhayət Paşinyanın həqarət dolu çıxışları, Şuşada çıxardıqları hoqqalar elə bil dünən olub. Onların illərlə göstərdikləri rəftar ürəyimizə nifrət toxumu səpib. Amma sülh üçün bu nifrəti gizlətməyə çalışdıq. Bəlli səbəblərdən Xankəndiyə qədər gedib çıxmadıq. Amma Xanın kəndinin lap yaxınlığındayıq. Səbirdən də keçib. Çünki ruslar əllərindən gələni edir ki, qıcıqlanaq, Avropa İttifaqının əli silahlı nümayəndələrinə cəhənnəm nə olduğunu bizim əlimizlə göstərmək niyyətini gizlətmir. Xeyr, Vladimirin hiyləsi baş tutmayacaq, amma içimizdəki nifrəti, gərginliyi yalnız silahların dili ilə ifadə etməliyik.

Bəs bu, necə baş verəcək? Axı ermənilər nəzakət və diplomatiya yolunu başa düşmür. Digər tərəfdən də rusların kölgəsinə sığınan terrorçular yenə qazanı qaynatmaq üçün böyük miqyasda səfərbər olunublar. Cavabı İlham Əliyev bilir: Təzyiqi artırmaq. Arutyunyan da bunu etiraf edib ki, Rəsmi Bakı üstlərinə çox gedir. Artıq Qarabağda qələbədən üç ilə qədər vaxt keçib. Rusların yeni siyasəti bədheybət obrazı ilə gözümüzə girsə də, artıq bizi qorxutmur. Ukrayna bataqlığında çabalayan putinizm ölkəsini daha bədbəxt gələcəyə aparır. Bir qalır İran. İrin kimi assosiasiya olunan fars dövləti haqqında hələ Qərb yekdil qərara gəlməyib. Ona görə də Zəngəzur dəhlizi gecikir. Amma ilk addım olaraq bizi Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin açılması düşündürür. Ali Baş Komandan bunu təmin edəcək. Əliyevin dilini ermənilər anlamasa da, ruslar başa düşür, amma hələ də naz edir, başqa çarə isə qalmayıb.

Fadil PAŞAYEV,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*