Azərbaycan Ermənistan ərazisinin bir santimetrini belə zəbt etməyib. Çünki tərəflər arasında heç bir sərhəd yoxdur.
KONKRET.az xəbər verir ki, erməni sosial şəbəkələrində günlərdir Azərbaycanın guya Ermənistanın torpaqlarını “işğal etməsi” müzakirə olunur.
Teleqram kanallarının birində bu barədə material dərc olunub. Həmin materialda deyilir:
“Sərhəd ordunun hərəkət edib irəlilədiyi yerdir. Əgər Azərbaycan iki gün öncə irəliləyib hansısa ərazini ələ keçiribsə, deməli, ora Azərbaycanın ərazisidir. Sabah Azərbaycan ordusu lap bütün bu hadisələrin 1988-ci ildə başladığı İrəvanın Teatr meydanına qədər gedə bilər. Onda İrəvan (əslində İrəvan qədim Azərbaycan torpağıdır) Azərbaycan ərazisi olacaq. Çünki sərhədlər hələ müəyyənləşməyib”.
Qeyd edək ki, sərhədləri müəyyən olunmayan ərazilər “boz ərazilər” adlandırılır.
Ona görə də ermənilərin KTMT-yə incik müraciətlərinin heç bir mənası yoxdur.
Əgər onlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyasından imtina edirlərsə, deməli, sərhəd yoxdur. Ona görə də KTMT haranın Ermənistan ərazisi olub-olmadığını müəyyən edə bilməyəcək və əgər müəyyən edə bilmirsə, o zaman müdaxilə də etmək mümkün olmayacaq.
Xuraman Etibarlı
KONKRET.az
