“Azərbaycan Türkiyə-Ermənistan normallaşmasını dəstəkləyir”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində deyib.
“Onsuz da Azərbaycanla koordinasiyalı şəkildə addım atırıq. Ermənistanla münasibətdə birbaşa danışıqlar aparmağın tərəfdarıyıq. Cənubi Qafqazdakı problem Qarabağın işğaldan azad olunması ilə bitdi”- o, bildirib.
