“Azərbaycan Ermənistanla Qarabağı deyil, dövlətlərarası məsələləri müzakirə edəcək” – “Kommersant”backend

“Azərbaycan Ermənistanla Qarabağı deyil, dövlətlərarası məsələləri müzakirə edəcək” – "Kommersant"

Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında yanvarın 11-də Moskvada keçirilən üçtərəfli danışıqların nəticələri Bakı və İrəvanda bir-birindən tamamilə əks-qiymətləndirmə alıb. Azərbaycanda bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması barədə razılıq əldə edildiyi üçün iclas məhsuldar sayılıb.

Ermənistanda isə Baş nazir Nikol Paşinyan zəif iradə və təslimçi mövqe sahibi kimi xarakterizə edilib. Ermənistan cəmiyyətində məhkumların geri qaytarılması ən vacib prioritet hesab olunur. Lakin bəyanatda bu barədə heç nə deyilmədi. Bunun əvəzində danışıqlarda Azərbaycanın israr etdiyi iqtisadi gündəm müzakirə olunurdu. Həm Bakı, həm də İrəvan 3 gündür ki, Moskvada Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə baş tutan Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı görüşün nəticələrini fəal şəkildə müzakirə edir.

İclasda üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması” ilə məşğul olacaq bir işçi qrupunun yaradılması barədə razılıq əldə edildi. Söhbət iki əsas sahədən gedir.

Birincisi, bu, Azərbaycanın əsas hissəsindən Ermənistanın Sünik bölgəsindən keçməli olan Naxçıvan dəhlizidir.

İkincisi, İrəvandan Naxçıvana çəkilən dəmir yoludur. Hər iki marşrut Sovet dövründə fəal şəkildə istifadə olunurdu, lakin Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqələr dayandı. Bu nəqliyyat yollarının bağlanması səbəbindən Rusiya da vaxtında zərər gördü. Gürcüstan-Abxaziya münaqişəsi nəticəsində Rusiyadan Gürcüstana gələn qatarların hərəkəti qeyri-mümkün oldu. Eyni zamanda, Ermənistan əsas müttəfiqi Rusiya  və Türkiyə ilə dəmir yol əlaqəsini itirdi. Nəticədə Ermənistanın dəmir yolları faktiki olaraq İrəvan və Tiflisi birləşdirən kiçik bir hissəyə qədər azaldı. İndi Rusiyadan gələn mallar yalnız hava şəraitinə görə tez-tez bağlanan Gürcüstan Hərbi Magistral yolunun ümidinə qalıb. İndiki vaxtda İranla iqtisadi əlaqələrin genişləndirilməsi Ermənistan üçün ciddi bir iqtisadi dəstək ola bilər. Lakin ölkələri yalnız bir dağ yolu birləşdirir. Bu isə iqtisadi cəhətdən heç də sərfəli deyil.

Beləliklə, Moskvada imzalanan sənəd nəzəri cəhətdən hər üç tərəfə də sərf edir. Hazırda  Azərbaycanın Naxçıvana və Türkiyəyə, Rusiyanın Türkiyə ilə Ermənistana, Ermənistanın Rusiya və İrana gedən bir yola ehtiyacı var. Yalnız  danışıqlardan sonra İlham Əliyev məmnun görünürdü. Nikol Paşinyansa çıxışında nailiyyətlərdən deyil, həll olunmamış məsələlərdən – ilk növbədə Bakının Dağlıq Qarabağın statusunu müzakirə etmək istəməməsindən, həmçinin hərbi əsirlərin taleyindən danışdı.

Nikol Paşinyanın xəyal qırıqlığını digər erməni siyasətçilər də bölüşdülər. Baxmayaraq ki, danışıqların “uğursuzluğunda” baş nazirin özü günahkardır. Məsələn, “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyan iqtisadi dəhlizlərin blokdan çıxarılması barədə 10 noyabr tarixli üçtərəfli razılaşma haqqında fikirlərini belə bölüşür. “Əslində bu, düşmənimizin irəli sürdüyü bir gündəmdir və Azərbaycan-erməni gündəmində üstünlük təşkil etməkdə davam edir”, – dedi. Və Kəlbəcərdən köçürülmə və Laçının boşaldılması gündəmə daxil olmayan maddələrin (erməni tərəfinin fikrincə – “Kommersant”) İsveçrə saatının dəqiqliyi ilə həyata keçirildi. Və bu proses davam edir. Bakı erməni əsirlərini müzakirə etməkdən imtina edir. Marukyan əlavə edib ki, “Əsir məsələsi iki səbəbdən müzakirə olunmadı.

Birincisi, Azərbaycan tərəfi silahlı ermənilərin 10 noyabr anlaşmasından sonra əsir götürüldüyünü əsas gətirərək onları hərbi cinayətkar hesab edir.

İkincisi, erməni tərəfi bu yanaşmanın təsirsizliyini izah etmək üçün kifayət qədər inandırıcı arqumentlər tapmadı”. Bu arada bir azərbaycanlı politoloq, Valday beynəlxalq müzakirə klubunun mütəxəssisi Fərhad Məmmədov “Kommersant”ı həbsdə olan ermənilərin hamısının Bakıda hərbi əsir sayılmadığına inandırdı: “Münaqişə öncəsi və münaqişə zamanı tutulan insanlar artıq ekstradisiya edildi. İndi isə Ermənistan dekabr ayında Hadrut yaxınlığında Azərbaycan Ordusunun tərksilah etdiyi 62 nəfəri geri qaytarmaq istəyir. Noyabr ayının sonunda atəşkəs bəyannaməsi imzalandıqdan sonra Ermənistanın Şirak bölgəsində beş Azərbaycan vətəndaşını öldürdülər. Buna görə noyabrın 10-dan sonra əsir götürülənlər ayrı-ayrılıqda təxribatçı kimi qəbul edilirlər”.

Dağlıq Qarabağın statusuna və ya orada yaşayan ermənilərin taleyinə gəlincə, Fərhad Məmmədova görə, Bakının mövqeyi daha da sərt olacaq. “Azərbaycan Ermənistanla müstəsna dövlətlərarası məsələləri müzakirə edəcək. Dağlıq Qarabağ münaqişəsi bitdi və Qarabağ ermənilərinin gələcəyi yalnız beynəlxalq təşkilatlarla və digər vasitəçilərlə müzakirə oluna bilər, İrəvanla deyil.

Danışıqlarda uğur qazana bilməyən Nikol Paşinyan diqqəti iqtisadi əlaqələrin inkişaf perspektivlərinə yönəltdi. Onun fikrincə, “bölgənin iqtisadi görünüşünü ciddi şəkildə dəyişdirə və investisiya potensialını və investisiya cəlbediciliyini ciddi şəkildə artıra bilərlər.”

Lakin Kommersantın İrəvandakı həmsöhbətləri onun nikbinliyini bölüşmürlər. “Orta müddətdə Rusiyanın Azərbaycan infrastrukturundan  Ermənistan üçün yük daşıması Yuxarı Lars və Qara dənizdəki Gürcüstan limanlarından daha baha olacaq. Səbəb nəqliyyatın maya dəyərində mütləq əksini tapacaq yeni infrastruktur həllərinin axtarılmasına ehtiyacdır”, – deyə Ermənistan “Enerji Təhlükəsizliyi İnstitutu” QHT-nin prezidenti Vahe Davtyan bildirdi: “Siyasi komponent də mühüm rol oynayacaq. Azərbaycan nəqliyyat infrastrukturuna bərabər çıxış tələb etsə də, erməni yük daşıyıcıları üçün əlverişsiz şərait yaradaraq proteksionist yanaşma göstərəcəyi açıqdır.

Carnegie Avropa Mərkəzinin baş tədqiqatçısı və Dağlıq Qarabağ münaqişəsi tarixinə dair əsas kitablardan biri olan “Qara bağ” ın müəllifi Thomas de Waal üç ölkə liderlərinin danışıqlarında “ən maraqlı” mqaəmların “qapalı qaldığını” və iqtisadi gündəmin ilk gündəmə gətirildiyini düşünür. “Paşinyan, şübhəsiz ki, məhkumlar və itkin düşənlər barəsində razılığa gəlmək istədi, lakin Əliyev hələ ki, bununla maraqlanmır. Əliyev, ehtimal ki, sülhməramlı missiyanın işindən narazıdır, lakin Putin bu hesabda güzəştə getməyə hazır deyil. Nə qaldı? Avtomobil və dəmir yollarının bərpasında səmimi və ortaq maraq”, – deyə ekspert “Kommersant”a bildirib. Lakin cənab de Waalın da etiraf etdiyi kimi, bu plan uzunmüddətli hesab edilməlidir: Onu həyata keçirmək üçün yalnız infrastruktur deyil, həm də “hazırda mövcud olmayan siyasi iradə və təməl səviyyədə razılaşmalar” lazımdır.

 “Kommersant”, 14 yanvar 2021.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*