Medvedev litvalı naziri itə bənzətdi və görün nə dedi – FOTObackend

Medvedev litvalı naziri itə bənzətdi və görün nə dedi - FOTO

Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Litvanın xarici işlər naziri Kęstutis Budrys barədə sərt və təhqiramiz açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, Medvedev bu fikirləri öz Telegram kanalında paylaşıb.

Buna səbəb Litva XİN başçısının NATO-nun Kalininqrad istiqamətində Rusiyaya qarşı güc nümayiş etdirməli olduğu barədə səsləndirdiyi fikir olub. Budrys bildirib ki, NATO “ruslara göstərməlidir” ki, alyans Kalininqrada hücum edə bilər.

Medvedev isə cavabında Baltikyanı ölkələrin siyasətçilərini “rusofob” adlandırıb və xüsusilə Litva XİN rəhbərini ağır ifadələrlə hədəf alıb:

“Baltikyanı ölkələrdən olan bəzi siyasətçilər yenə də isterik rusofob çıxışları ilə gündəmə gəliblər. Əvvəl Estoniyadan biri Rusiya ilə danışıqlara qarşı çıxış etdi, sonra isə litvalı Budrys Kalininqrada daxil olmaq barədə danışdı”, – deyə Medvedev yazıb.

O, paylaşımına kiçik ölçülü itin təsviri olan foto da əlavə edib və “ölçü nə qədər kiçikdirsə, hürməsi bir o qədər gur olur” ifadəsini işlədib.

Medvedevin bu paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*