ŞAD XƏBƏR: Banklar bu şəxslərə aşağı faizlə kredit verəcək?backend

ŞAD XƏBƏR: Banklar bu şəxslərə aşağı faizlə kredit verəcək?

Son illər bank sektorunda müştərilərin kredit tarixçəsinə verilən önəm daha da artıb. Xüsusilə, kredit ödənişlərini vaxtında edən və gecikməyə yol verməyən şəxslər gələcəkdə daha sərfəli şərtlərlə borclanmaq imkanına sahib ola bilərlər.

Bəs maliyyə intizamı yüksək olan vətəndaşlara banklar növbəti kreditləri daha aşağı faizlə təqdim edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, gecikməsi olmayan müştərilərə aşağı faizlə kredit verilməsi mümkündür.

Əkrəm Həsənov: “Bahalaşma olacaq” Pravda.az

Onun sözlərinə görə, bu məsələ birbaşa bankın kredit siyasətindən asılıdır:

“Əgər həmin anda müştəri bankın kredit siyasətinə uyğundursa, ona daha aşağı faizlə kredit təklif oluna bilər. Yəni ola bilər ki, müştəri əvvəlki kreditlərini çox yaxşı ödəyib. Amma eyni zamanda bazarda kredit dərəcələri artıbsa, bu halda bank ona aşağı faiz tətbiq etməyə bilər. Buna baxmayaraq, belə sistem banklarda mövcuddur”.

Ekspert qeyd edib ki, banklar adətən maliyyə intizamına riayət edən müştəriləri daha etibarlı hesab edir və bu da gələcək kredit şərtlərinə müsbət təsir göstərə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*