Ermənistan Fransa və Hindistan birləşdi: Azərbaycana qarşı yeni PLAN HAZIRLANIR?backend

Ermənistan Fransa və Hindistan birləşdi: Azərbaycana qarşı yeni PLAN HAZIRLANIR?

Ermənistanın son dövrlərdə Hindistan və Fransa kimi ölkələrdən silah alması regionda yeni müzakirələrə səbəb olub. Rəsmi İrəvan bir tərəfdən Azərbaycanla sülh gündəmindən danışsa da, digər tərəfdən hərbi arsenalını gücləndirməyə davam edir.

Bəs Ermənistanın paralel şəkildə həm sülh mesajları verməsi, həm də sürətli silahlanmaya getməsi hansı məqsədlərə xidmət edir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycan Ermənistanın sülh mesajlarına ehtiyatla yanaşmalıdır.

CROSSMEDIA - Tural Abbaslı: Sabah məlum olsa ki, Ağ Partiyanın hansısa üzvü  də Mehdiyevlə əlbirdir...- MÜSAHİBƏ

Onun sözlərinə görə, Ermənistan hazırda həm iqtisadi, həm də hərbi baxımdan zəif vəziyyətdədir və vaxt qazanmağa çalışır:

“Ermənistanın həm iqtisadiyyatını ayağa qaldırmağa, həm də hərbi gücünü bərpa etməyə ehtiyacı var. Ona görə də Paşinyan hakimiyyəti və digər Ermənistan rəsmiləri bu gün sülhdən danışır, Qarabağ məsələsinin bağlandığını bəyan edir. Amma onların səmimiyyətinə inanmaq olmaz.

Revanşistlər açıq şəkildə bildirirlər ki, hakimiyyətə gəldikləri halda əvvəlki iddiaları yenidən gündəmə gətirəcəklər. Hətta Paşinyan hökuməti belə iqtisadi və hərbi baxımdan gücləndikdən sonra Azərbaycana və Türkiyəyə qarşı yenidən ərazi iddiaları irəli sürə bilər”.

Partiya sədri hesab edir ki, məhz buna görə Azərbaycan sülh sazişi ilə bağlı daha sərt və konkret şərtlər irəli sürməlidir:

“Ermənistanın silahlanmasının qarşısını alan şərtlər olmalıdır. Ermənistan müharibə təzminatı ödəməlidir. Azərbaycan torpaqları ilə bağlı tarixi məsələlərin müzakirəsinə hazır olduğunu bəyan etməlidir. Eyni zamanda hücum xarakterli silahlar əldə etməmək barədə öhdəlik götürməlidir”.

Tural Abbaslı vurğulayıb ki, Ermənistanın son dövrdə keçirdiyi hərbi paradlar, Fransa ilə hərbi əməkdaşlığını genişləndirməsi və Hindistandan silah alması regionda etimad mühitinə mənfi təsir göstərir:

“Bu gün Ermənistan çalışır ki, Azərbaycanla bərabərhüquqlu tərəf kimi danışsın. Bir tərəfdən sülhdən danışırlar, digər tərəfdən parad keçirirlər. Paradlar adətən düşmənə güc nümayişi məqsədi daşıyır. Fransa ilə əlaqələri genişləndirirlər, oradan texnika alırlar, Hindistandan silah əldə edirlər. Bütün bunlar onların real niyyətləri ilə bağlı ciddi suallar yaradır”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*