Azərbaycan güləşçisi daha bir erməni rəqibini məğlub etdibackend

Azərbaycan güləşçisi daha bir erməni rəqibini məğlub etdi

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında finala yüksəlib.

KONKRET.az saytının məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi yarımfinalda ermənistanlı Karapet Çalyanı qalib gəlməklə, həlledici görüşdə iştirak hüququ qazanıb.

O, rəqibi 3:0 hesabı ilə məğlub edib. Süleymanov final qarşılaşmasına fevralın 11-də çıxacaq.

Qeyd edək ki, güləşçimiz Avropa çempionatında təsnifat mərhələsindən başlayıb. O, Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla münasibətinə aydınlıq gətirib və rəqibini 5:3 hesabı ilə məğlub edib. Süleymanov 1/8 finalda İtaliya təmsilçisi Matteo Maffetsoliyə də heç bir şans verməyib – 7:0. Pəhləvanımız 1/4 finalda yunanıstanlı Georgios Prevolarakis üzərində inamlı qələbə qazanıb. O, son saniyələrdə işlətdiyi gözəl fəndlə rəqibini “tuşe” ilə məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*