Türkiyənin İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “İş dünyası – 100 ilin zirvəsi” biznes forum-sərgi keçirilib.
KONKRET.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tviter hesabında bildirib.
“Azərbaycan və Türkiyə biznes ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinə, əməkdaşlıq və investisiya imkanlarına dair fikirlərimizi bölüşdük”, – deyə o qeyd edib.