Bakıda əməliyyat: saxlanılanlar var – Videobackend

Bakıda əməliyyat: saxlanılanlar var - Video

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar.

Onlardan ümumilikdə 31 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*