“El Nino” fəlakəti: 6 ayda yarım milyon insan öləcəkbackend

“El Nino” fəlakəti: 6 ayda yarım milyon insan öləcək

2026-cı ildə “El Nino” hadisəsinin səbəb olduğu ekstremal istilər sentyabr ayından 2027-ci ilin fevralınadək olan altı ay ərzində dünyada əlavə 451 min insanın ölümünə səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, həddindən artıq isti günlərin sayı digər illərlə müqayisədə 44% artacaq:

“Ən çox əlavə ölüm hallarının Nigeriyada (31,4 min), İndoneziyada (19,3 min) və Sudanda (17,6 min) baş verəcəyi gözlənilir. Niger, Çad, Nigeriya və Sudan da daxil olmaqla Sahel bölgəsində isti hava dalğası əlavə 66 min 800 insanın ölümünə səbəb ola bilər. Filippin, Vyetnam, Tailand və Kambocada ümumilikdə daha 19,4 min ölüm proqnozlaşdırılır. “El Nino” 2027-ci ilə qədər davam edərsə, ölənlərin sayı arta bilər. Xüsusilə yay aylarında Hindistan və Pakistan əhalisi daha çox risklə üzləşəcək”.

Qeyd edək ki, “El Nino” ekvatorial Sakit okeanın mərkəzi və şərq hissələrində səth sularının qeyri-adi dərəcədə istiləşməsi ilə xarakterizə olunan iqlim hadisəsidir.\\axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*