“Azərbaycan istədiyini güc yolu ilə əldə edəcək” – Abramyanbackend

“Azərbaycan istədiyini güc yolu ilə əldə edəcək” - Abramyan

Ermənistan hakimiyyəti müxtəlif manipulyasiyalarla “ərazi itkiləri” məsələsini ikinci və üçüncü plana daşımağa çalışır.

KONKRET.az xəbər verir ki, bunu “Mənim şərəfim” blokundan deputat Tiqran Abramyan parlamentdə bildirib.

Abramyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan Rusiya Müdafiə Nazirliyinin demarkasiya prosesinə hazırlığa başlamaq təklifini səsləndirməklə Ermənistan-Rusiya münasibətlərinin uyğunlaşdırılmasının getdiyi görüntüsünü yaradır. O bildirib ki, əslində problem həll olunmayıb və Azərbaycan hərbçilərinin hərbi əməliyyatların bərpası riskləri davam edir:

“2-3 ildən sonra Azərbaycanın heç bir delimitasiya və demarkasiyaya ehtiyacı olmayacaq, çünki o, istədiyini güc yolu ilə əldə edəcək”. Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*