Azərbaycan nəqliyyatında Sovet sistemindən qalmış problemlər HƏLL OLACAQ – Nələr baş verəcək?backend

Azərbaycan nəqliyyatında Sovet sistemindən qalmış problemlər HƏLL OLACAQ - Nələr baş verəcək?

“Azərbaycan nəqliyyat infrastrukturu standartları sovet dövründən qalıb, yenilənmiyib”.

Bu fikir Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilən ictimai dinləmədə səsləndirilib.

Bu infrastruktur hansı çətinliklərə yol açır?Azərbaycanda nəqliyyat sahəsində hansı yeniliklərə ehtiyac var?

KONKRET.az xəbər verir ki, Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı referans.az-a açıqlamasında bu sualları cavablandırıb.

“Müasir dünyada nəqliyyat mövzusu ilə bağlı çağırışlar dəyişib. Artıq bu məsələlərə çox fərqli yanaşılır. Nəqliyyat standartları, nəqliyyatla bağlı mövzular daim yenilənir. Bunlara Azərbaycan da diqqət etməlidir, daim bu yeniliklərlə ayaqlaşmalıdır. Çünki hərəkətin təşkili və təhlükəsizliyi ilə bağlı mövzulardan danışarkən bu məsələni kənara qoymaq olmaz. Düşünürəm ki, burada yol infrastrukturu, yol nişamları, nişanlama xətləri ilə bağlı standartlardan söhbət gedir. Məsələn bu yaxınlarda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi radar işarələrini dəyişdi. Əvvəl bu işarə dairənin içində “i” hərfindən ibarət işarə idi və bu, biraz qeyri-müəyyənlik yaradırdı. Bu əvvəlki dövrlər üçün normal hesab olunurdu, lakin müasir tendensiyalara görə, sürücüyə daha aydın formada məlumat verilməlidir. Bu məqsədlə kamera və aydın yazılmış “Radar” sözündən istifadə olunmağa başlandı”.

Ekspert qeyd edib ki, günü-gündən müasirləşən dünyada hansısa dövrə aid standartlara ilişib qalmaq müsbət hal kimi xarakterizə olunmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*