Bakıda heyvanla rəhmsiz rəftar edən şəxs saxlanılıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs barəsində inzibati qaydada tədbir görülüb. Onun barəsində 25 sutkalıq həbs qərarı çıxarılıb.
Qeyd edək ki, sosial şəbəkədə Bakıda itin çoxmərtəbəli binanın pəncərəsindən atılması barədə görüntülər yayılıb.
