Azərbaycan Ordusu daha 7 şəhid verdi – ADLARbackend

Azərbaycan Ordusu daha 7 şəhid verdi - ADLAR

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində şiddətli döyüşlər davam edib.

KONKRET.az xəbər verir ki, bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.

Düşmən hücumunun qarşısını alardən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub.

Polkovnik Mirzəyev İlqar Anzor oğlu

Mayor Əhmədov Namiq Hajan oğlu

Mayor Novruzov Anar Gülverdi oğlu

Gizir Zeynallı İlqar Ayaz oğlu

Gizir Babayev Yaşar Vasif oğlu

Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.

Düşmənin aktiv fəaliyyətnin qarşısının alınması məqsədi ilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliklərindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.

Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrini də atəşə tutur.

Düşmənə qarşı həyata keçirilən cavab tədbirləıri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

  • İsmayılov Anar
    İyul 14, 2020 - 18:21

    Allah vətəni uğrunda canından keçən, gecə-gündüz sərhəddə ayıq sayıq vətəni Azərbaycanı qoruyan bütün “şəhidlərimizə” rəhmət etsin. Ailələrinə isə Allah’dan səbr və təmkin dileyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*