“Azərbaycan Ordusu Zəngəzurun İşxanasar kəndinin 5 kilometrliyindədir”.
KONKRET.az xəbər verir ki, bunu yerli erməni əhali təsdiqləyib. Onlar Azərbaycan Ordusunun İşxanasardan 5 km məsafədə, həm də çoxdan orada olduğunu təsdiqləyiblər. Kənd dağın ətəyində yerləşir, Azərbaycan Ordusu dağda yerləşən postlardan kəndi müşahidə edə bilir.
Kənd camaatı bildirib ki, Azərbaycan Naxçıvana yol istəyir. “Biz başa düşə bilmirik ki, Ermənistan hökuməti nə fikirləşir? “, – deyə ermənilər hökuməti günahlandırıblar.
Xuraman Etibarlı
KONKRET.az
