Azərbaycan Pakistandan bu qırıcıları ALMAQ İSTƏYİRbackend

Azərbaycan Pakistandan bu qırıcıları ALMAQ İSTƏYİR

Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcıları almaqda maraqlıdır.

KONKRET.az “The Week”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın İslamabaddakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib.

“Pakistandan “JF-17 Thunder” qırıcılarının alınması gündəlikdə duran ən əsas məsələdir”, – M.Novruzov deyib.

O əlavə edib ki, Azərbaycan Pakistan ilə öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışır və “Block 3” modifikasiyalı JF-17 qırıcısı almaq niyyətindədir: “Bu modifikasiyada kabinin elektronikası və radar sistemləri təkmilləşdirilmişdir”.

Xatırladaq ki, Pakistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana fəal dəstək verib. İki ölkə arasında müdafiə sahəsində fəal əməkdaşlıq mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*