Fərid Səfərlinin azadlığa buraxılması ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Fərid Səfərlinin azadlığa buraxılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Fərid Səfərli Azərbaycana qaytarılmışdır.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılmışdır.

Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşmuşdur.

Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*