- 1945-ci ildən Beriya SSRİ-nin atom layihəsinə rəhbərlik etdi; 4 il sonra, 1949-cu ildə Semipalatinsk poliqonunda ilk sovet atom bombası sınaqdan keçirildi.
- Onun bir səfəri zamanı avtomobilindən köhnə plaşı oğurlanmışdı. Şahidlərin ifadələrinə görə, Beriya bununla bağlı heç bir araşdırma aparmadı.
- Anası Marta Cakelinin kökü qədim gürcü knyaz nəslinə gedib çıxır.
- Valideynləri oğullarının təhsili üçün evlərinin yarısını satmışdılar.
- 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə 20 yaşlı Beriya əks-kəşfiyyatda qısa müddət işləmişdi — bu, sonradan onun məhkəməsində ona qarşı istifadə olunan ittihamlardan biri oldu.
- Oğlu Serqo Maksim Qorkinin nəvəsi Marfa Peşkova ilə evlənmişdi, lakin nikah xəyanət səbəbindən dağılmışdı.
- 1939-cu ildə əcnəbilərlə əlaqədə olan bütün şəxslərin, hətta filateliya klubu üzvlərinin belə nəzarətdə saxlanmasını əmr etmişdi.
- Beriya NKVD rəhbəri olduğu 7 il ərzində (1939–1945) əks-inqilabi cinayətlərə görə həbs olunanların sayı 454 mindən 333 minə düşmüşdü. Bu rəqəmlərin şərhi mübahisəlidir.
- Valentina Drozdova adlı məşuqəsindən Eteri adlı qeyri-rəsmi qızı olub. Drozdovanın sonrakı iki qeyri-rəsmi əri də (o cümlədən Yan Rokotov) güllələnib.
- Ailəsi ilə bağlı təfərrüatlar: hər səhər saat 6-da ailəni gimnastikaya qaldırırmış, alman və ingilis dillərini bilirmiş, riyaziyyatla maraqlanırmış.
- Bəzi versiyalara görə, Beriya tutulduğu an öldürülüb, məhkəmə isə saxta imitasiya olub. Bunun əsas dəlili kimi onun həbsdən sonrakı heç bir fotosunun və dindirmə lentinin olmaması göstərilir.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
