Ötən gün axşam saatlarında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası (Məclisi) çərçivəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Əmir Abdullahian arasında görüş baş tutub.
KONKRET.az İRNA-ya istinadən xəbər verir ki, Abdullahian İran prezidenti İbrahim Rəisinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İrana səfər etməklə bağlı rəsmi dəvətini Çavuşoğluya təqdim edib.
İRNA bildirir ki, tərəflər Tehranda Azərbaycan Cümhuriyyəti, Türkiyə və İranın üçtərəfli toplantısının keçirilməsi ilə bağlı razılıq əldə ediblər. Bundan başqa, bölgədə, xüsusilə də Əfqanıstanda baş verən proseslər, eləcə də ikitərəfli münasibətlər Türkiyə və İran xarici işlər nazirlərinin müzakirə etdikləri digər mövzular arasında olub.
KONKRET.az
