Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri yenidən ABŞ-a GEDİRbackend

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri yenidən ABŞ-a GEDİR

Ötən ay Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ görüşündən sonra tərəflər sülh sazişi üzərində çox geniş müzakirələr aparıblar. Əldə olunan razılaşma ictimaiyyətə açıqlanmasa da, hər halda mütəxəssislər ABŞ dövlət katibi Blinkenin təşəbbüsü ilə təşkil edilən bir-neçə günlük görüşü səmərəli hesab edir.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel isə bəyan edib ki, ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək danışıqların növbəti mərhələsini səbirsizliklə gözləyir:

“Tərəflər Cənubi Qafqazda sülhün bərqərar olmasına can atdıqca, biz danışıqların növbəti raundunun Vaşinqtonda keçirilməsini səbirsizliklə gözləyirik. Bu, dövlət katibinin mövqeyidir. Biz davamlı və ləyaqətli sülhə nail olmaq üçün birbaşa dialoqun vacibliyinə inanırıq”, – deyə Patel bildirib.

Xatırladaq ki, iyunun 12-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan danışıqların növbəti raundu çərçivəsində Vaşinqtonda yenidən görüşəcəklər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*