“İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları və qədim dini və mədəni kökləri var”.
KONKRET.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.
Xatırladaq ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iranlı həmkarı Əmir Abdullahianın dəvəti ilə bu gün İrana səfərə gedib.
