Azərbaycan Vətən Müharibəsində necə qalib gəldi? – İLGİNC DETALLARbackend

Azərbaycan Vətən Müharibəsində necə qalib gəldi? – İLGİNC DETALLAR

“Azərbaycanın Vətən Münaribəsindəki qələbəsini təmin edən bir neçə amil vardı. Bu gün onlardan birini nəzərdən keçirək: azərbaycanlıların kənardan yanlış dəyərləndirilməsi”.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Ərəstun Oruclu fikir səsləndirib. Onun sözlərinə görə,  27 il ərzində aparılan sülh danışıqları təkcə düşməndə və onun havadarlarında deyil, həm də vasitəçilərdə azərbaycanlılar haqqında təxminən belə təsəvvür yaratmışdı:

-Bu xalq döyüşən deyil, elə ona görə də Birinci Qarabağ Müharibəsində məğlub olub;

-Azərbaycanlılar tacir (alverçi) xalqdır;

-İllər keçdikcə bu xalq öz məğlub durumu ilə daha çox hesablaşmaqdadır.

-Neft gəlirləri azərbaycanlılarda təminatlı gələcəyə ümid yaradıb və onlar bu ümidi müharibə təhdidi yaradaraq dağıtmaq istəməzlər;

-Azərbaycan cəmiyyəti döyüşüb torpaqlarını işğaldan azad etmək iqtidarında deyil.

Bu yerdə haşiyə çxımağa məcburam: bir çox beynəlxalq təmsilçilərlə fərdi söhbətlərimdə belə fikirlər eşitmişdim ki, biz azərbaycanlılar daim ticarət yolunun üzərində olduğumuzdan iqtisadi münasibətlərdə daha uğurluyuq. Başqa sözlərlə, möhtərəm dəyərləndiricilər öz təxəyyülündə bizdə “alverçi xalq” imici yaratmışdılar. Ən başlıcası isə odur ki, bütün bu yalanlara ilk növbədə və bəlkə də yalnız özləri inanmışdılar. Düşməni (rəqib və ya opponent də deyə bilərik) layiqincə dəyərləndirməmək isə ona məğlub olmağa aparan ən etibarlı yoldur”.

Ərəstun Oruclu: » Globall.az ictimai-siyasi onlayn qəzet

Politoloq əlavə edib ki, ermənilər də daxil, haqqımızda bu cür düşünənlərin hamısı iki mühüm və bəlkə də həlledici amili nəzərə almırdılar: “Azərbaycanda bütün hadisələr partlayışlarla baş verib. Azərbaycanlıların hansısa anda baş qaldıran “sürünən millətçilik” kimi bir keyfiyyəti var. Söhbət əsla etnik millətçilikdən getmir, bu ölkədə yaşayan bütün xalqarın nümayəndələri olaraq biz bir-birimizin təkrarıyıq. Özü də hər mənada. Həmin iki amil birləşəndə ortaya mütləq nəticə qoyur. Amma bu hələ irəlidə idi, düşmən və onun havadarları isə azərbaycanlıları aşağılamağa davam edirdilər. Rus ekspertlərindən tutmuş, İran ruhanilərinədək azərbaycanlıları alver, çal-çağır, oğurluq, yalan, yaltaqlıq, riyakarlıq və ən başlıcası qorxaqlıq içində boğulan xalq kimi təsəvvür və təqdim edirdilər. Ən pisi isə xalqı aşağılamaqları idi. Xüsusilə də ermənilər. Sosial şəbəkələrdə, yazılarında, danışıqlarında azərbaycanlılar haqda təhqiramiz, aşağılayıcı ifadələr işlədənlər bununla bizi savaşa, özü də ölüm-dirim savaşına hazırladıqlarını anlamırdılar”.

Politoloqun fikrincə Ermənilərin ən fatal səhvi, özlərini uydurduqları “azərbaycanlılar döyüşə bilmirlər” psevdotezisinə inandırmaları idi: “Bütün bu yanlış dəyərləndirmələr burulğanında kimsə Azərbaycanı dərindən öyrənməyə çalışmırdı. Başa düşmək istəmirdilər ki, haqqı pozulan, torpağı əlindən alınan, özü sürətlə yoxsullaşan əhalinin son itirə biləcəyi onun qüruru, mənliyi və ləyaqətidir. Bunları qorumaq üçün o, ölümünə döyüşəcək. 44-günlük müharibədə döyüşdüyü kimi”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

  • Vəli
    Oktyabr 2, 2021 - 10:38

    Müharibə qurtarıb yenə qarabağ müzakirəsidir🤔

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*