Azərbaycan XİN rəhbəri həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri ilə görüşdübackend

Azərbaycan XİN rəhbəri həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri ilə görüşdü

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

Bu barədə KONKRET.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*