Azərbaycanda çörək istehsalçısı olan “Platek Pact” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətinə xitam verilib.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb şirkətin “ATS Food” MMC-yə qoşulmasıdır.
Məlumata görə, “ATS Food” isə qoşulma nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Qeyd edək ki, “Platek Pact”ın Şəmkir şəhərində “Nəfis çörək” zavodu fəaliyyət göstərir. 2013-cü ildə yaradılan çörək istehsalı şirkəti 18 230 535 manat nizamnamə kapitalına malikdir. “ATS Food” MMC isə 2022-ci ildə yaradılıb və şirkətin nizamnamə kapitalının həcmi 58 401 000 manatdır. Hər iki şirkətin qanuni təmsilçisi MMC-lərin baş direktoru Hacıyev Tural Elxan oğludur.