Azərbaycanda 4356 yeni yoluxma, 39 nəfər vəfat etdibackend

Azərbaycanda 4356 yeni yoluxma, 39 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4356 yeni yoluxma faktı qeydə alınıb,  2517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 146679  nəfər koronavirus infeksiyasına yoluxub.

Məlumata görə, onlardan 88497 nəfər müalicə olunaraq sağalıb,  1632 nəfər vəfat edib, aktiv xəstə sayı 56550 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*