Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar artdıbackend

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar artdı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 8 milyard 157,7 milyon ABŞ dolları dəyərində 3,8 milyon ton məhsul daşınıb.

KONKRET.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 4,1 % və 8,1 % çoxdur.

O cümlədən, 8 ayda avtomobil nəqliyyatı ilə 1 milyard 321,3 milyon ABŞ dolları (10,8 % çox) dəyərində 1 milyon 459,85 min ton (9,7 % çox) yük ixrac olunub, 6 milyard 836,4 milyon ABŞ dolları (2,9 % çox) dəyərində 2 milyon 335,85 min ton (7,2 % çox) yük idxal edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*