Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının 2026/27 mövsümündə ilk oyununa çıxacaq.
KONKRET.az xəbər verir ki, Ayxan Abbasovun komandası D Liqasının 2-ci qrupunun 2-ci turunda səfərdə Litvanın qonağı olacaq.
“Dariaus ir Gireno” stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Litva da Azərbaycan millisi kimi ötən mövsüm C Liqasında çıxış edib və qrupda sonuncu olaraq D Liqasına düşüb.
Qeyd edək ki, Azərbaycan millisi bu gün ilk oyununa çıxacaqsa, bu, Litvanın 2-ci matçı olacaq. Litvalılar ilk turda Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib.
Son açıqlanan FİFA reytinqində Azərbaycan 126-cı, Litva isə 149-cu pillədə qərarlaşıb.
Millimiz qrupda növbəti oyununu oktyabrın 1-də evdə Lixtenşteynə, daha sonra isə oktyabrın 4-də yenidən Litvaya qarşı keçirəcək.
Millətlər Liqası
D Liqası
II Qrup II tur
27 sentyabr
17.00. Litva – Azərbaycan
Hakimlər: Menelaos Antoniu, Pavlos Qeorqiu, Eraklis Komodromos, Konstantinos Fellas (Cənubi Kipr).
VAR: Marios Xristoforou (Cənubi Kipr).
AVAR: Dimitris Solomu (Cənubi Kipr).
“Dariaus ir Gireno” stadionu (Kaunas)
