Tovuz rayonunda yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yerləşən Elburus Həsənova məxsus avtomobil təmiri sexində anidən yanğın olub.
Hadisə yerinə FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı 200 kvadrat metrlik 3 boksun 150 kvadrat metri, həmçinin təmir sexində olan “Mercedes” markalı mikroavtobus və “Renault Megane” markalı minik avtomobili yanıb. Təmir sexinin qalan hissəsi yağında mühafizə edilib.
Hadisənin səbəbləri araşdırılır.
