Azərbaycanda beynəlxalq yarışlara bu gün batut gimnastikası üzrə Dünya Kuboku ilə start veriləcək.
KONKRET.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.
Onlar Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ertəsi gün kişilər arasında ikinci təsnifat, həmçinin kişi və qadınlar arasında final mərhələləri keçiriləcək.
Azərbaycanı yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.
