Azərbaycanda bu dövlət qurumu ləğv edildibackend

Azərbaycanda bu dövlət qurumu ləğv edildi

Naxçıvan Muxtar Respublikasında nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə növbəti struktur dəyişikliyi edilib.

KONKRET.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı müvafiq Fərmana əsasən, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi ləğv olunub.

Sənədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən sözügedən publik hüquqi şəxsin ləğv edilməsi rəsmiləşib.

Fərmana uyğun olaraq, Muxtar Respublikanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi agentliyin ləğvi ilə bağlı Mülki Məcəllədə nəzərdə tutulmuş bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Martın 6-da imzalanan sənəd elə həmin gündən qüvvəyə minib.

Xatırladaq ki, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi 2024-cü ilin avqust ayında Ali Məclis sədrinin müavini Anar İbrahimovun müvafiq Fərmanı ilə təsis edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*