Bu ilin 6 ayı ərzində “860” Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 125 müraciət daxil olub.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, müraciət edənlərin əksəriyyəti – 63 nəfəri 18-35 yaş arası olanlar, 10 nəfəri 18 yaşadək, 13 nəfəri isə 56 yaşdan yuxarı olan şəxslərdir.
Şikayətlərin əksəriyyəti psixoloji və fiziki zorakılıqla bağlı olub və 125 nəfərin 79-u partnyoru tərəfindən zorakılığa məruz qalıb.
