Şamaxıda bir kəndin adının dəyişdirilməsi təklif edilib.
KONKRET.az-ın məlumatına görə, bununla bağlı Milli Məclis yanında Toponimiya Komissiyasına təklif daxil olub.
Təklifə əsasən, Şamaxının Saqiyan kəndinin adı dəyişdirilərək Günəşli edilə bilər.
Qeyd edək ki, məsələ Toponimiya Komissiyasının iyunun 8-də keçiriləcək iclasında müzakirə olunacaq.
