Azərbaycanda bu ləğv edildi – Avtomobillər yoldan geri qayıdır – VİDEObackend

Azərbaycanda bu ləğv edildi - Avtomobillər yoldan geri qayıdır - VİDEO

Havanın kəskin dəyişməsi ilə bağlı ölkə üzrə təşkil olunan bəzi turlar ləğv edilib.

KONKRET.AZ xəbər verir ki, bu barədə şirkətlərindən məlumat verilib.

Qeyd edilib ki, bu gün Azərbaycanın Qusar rayonunda yerləşən “Şahdağ” turizm mərkəzinə gedən turlardan bir neçəsi geri qayıdıb. Buna səbəb yolların buz bağlamasıdır.

Agentliklərdən qeyd edilib ki, Qəbələ rayonunda yerləşən “Tufandağ” turizm mərkəzinə gedən turlardan 50 faizə qədəri yoldan qayıdıb:

“Turistlər səhər saat 07:00-dan şəhərdən çıxsalar da, Qəbələyə indi çatıblar”.

Qeyd edək ki, bu gün səhər saatlarından ölkə ərazisində yağıntı qara keçib, bəzi yerlərdə intensiv və güclü olub, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*