Azərbaycanda bu xarici kanalların yayımı dayandırıldı – SİYAHIbackend

Azərbaycanda bu xarici kanalların yayımı dayandırıldı - SİYAHI

Azərbaycanda bəzi xarici televiziya kanallarının internet informasiya ehtiyatlarına giriş məhdudlaşdırılıb. 

KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən məhkəməyə müraciət edilib.

Müraciətdə bildirilib ki, Audiovizual Şurasının tənzimləmə sferasına daxil olan media subyektləri “audiovizual media subyektləri” kimi təsbit olunub. Qanuna əsasən platforma operatoru (kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiya həyata keçirən fiziki və ya hüquqi şəxs) da audiovizual media subyektidir və hazırda Azərbaycan Respublikası ərazisində Şura tərəfindən verilən lisenziya əsasında 50-ə yaxın platformu operatoru fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı lisenziya əsasında fəaliyyət göstərən platforma operatorlarına böyük imkanlar yaratmaqla yanaşı, bazarda həmin operatorların fəaliyyət sferasında qeyri-sağlam rəqabət yaradan vebsaytlara və ya internet resurslara da müəyyən fürsətlər yaradıb ki, Şura yaxın vaxtlarda qanunvericilyin verdiyi səlahiyyətlər çərçivəsində bu sahədə tənzimləməni və nəzarəti gücləndirməyi planlaşdırır.

Qanuni fəaliyyət göstərən platforma operatorlarından fərqli olaraq ölkə ərazisində hər hansı lisenziya almadan, sahibkarlıq subyekti kimi qeydyiyyata alınaraq müvafiq vergiləri ödəmədən, müəllif hüquqlarına dair zəruri müqavilələr bağlamadan aylıq müəyyən ödəniş müqabilində (əksər vaxt bu ödənişlər qanuni olaraq lisenziya əsasında fəaliyyət edən operatorların təqdim etdikləri qiymətlərdən xeyli aşağı olur) xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasını (satışını) həyata keçirən və “mənşəyi məlum olmayan” bu vebsaytlar və ya internet resurslar xarici ölkələrdən xidmətlərini təqdim edirlər. Onların təqdim etdikləri paketlərdə televiziya kanallarının sayı az qala 1000-ə çatır ki, bəzən onların arasında Azərbaycanın dövlət maraqlarına ciddi ziyan vuran yayımlar həyata keçirən, o cümlədən Ermənistandan yayımlanan televiziya kanallarına da rast gəlinir.

Məhkəmənin qərarı ilə İLOOK, VipDrive,TVLider, MeLord, İseeTV, JinoPro, ZeDoom, RuLookTV, BrendTV,TOP İPTV, TTV (lorrent TV), SHARA-CLUB (https://bil.shara tv), Sharavoz, Only4.tv, VİPLime TV, Glans (https://ottg.app/), Tv-ch.ru, Megogo, Setanta stream İP, Onbir.tv internet informasiya ehtiyatlarına və onların istifadə etdiyi İP ünvanlarına müraciətlərin edilməsi məhdudlaşdırılıb.

  • Dima
    Yanvar 11, 2024 - 12:20

    Mirşahinin əməlləridir bunların hamısı . Öze Tv net in sahibidir özüdə iptv satır ona görə edir bunları. Bizə erməni lazım deyil çünki ermənidən betər düşmənimiz var mirşahin. Allah Cəlal Əliyevə rəhmət eləsin. Vaxtında bunun adını qoyub getdi.

  • Dino
    Yanvar 12, 2024 - 00:52

    Valla özünüzü cırsanızda millət tvnetə ayda 10-15 manat vermez. Vpn ilə rahat hər bloklanan iptvyə rahat baxacaq. Oğul axtarıram DEZOR platformasını bağlasın. Ayda 6-7 manata 4-5 min kanal, beinsport exxen ssport hər şey var. Vpn tərkibli olduğu üçün bloklamaq da olmur. Di gedin dincəlin

    • Droga
      Yanvar 16, 2024 - 11:55

      А сами Кабельные провайдеры когда вещают, российские и зарубежные каналы,оплачивают эту услуги? Нет конечно они на тех же ресурсах перечисленных воруют,и пускают в эфир,тогда чистку пусть начнут с провайдеров) На Аз ТВ нечего смотреть 10 каналов за 30 лет ничего там не изменилось,на что там смотреть на жирных пузатых певцов.Армения это только предлог,провайдеры Азербайджана теряют абонентов потому что передачи и трансляции не качественные) их мало,как музыкальных так и новостных)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*