ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində Əmirli Nuray Zəka qızının əməliyyatı üçün yardım kampaniyası elan olunub.
KONKRET.az xəbər verir ki, bu gün verilişin canlı efirində Nuray Əmirlinin əməliyyatı üçün lazım olan rekord həcmdə yardım məbləği – 500 min manat toplanıb.
Bu barədə məlumatı əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişinin canlı efirində elan edib.
