Azərbaycanda COVID-19-a yoluxanların sayı bu gün də ARTDI – SON RƏQƏMLƏRbackend

Azərbaycanda COVID-19-a yoluxanların sayı bu gün də ARTDI - SON RƏQƏMLƏR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2303 yeni yoluxma faktı qeydə alınıb, 1010 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 507 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 480 685 nəfər müalicə olunaraq sağalıb, 6 809 nəfər vəfat edib. 20 363 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 075, bu günə qədər isə ümumilikdə 5 056 819 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*