Azərbaycanda daha 531 nəfər sağaldı, 6 nəfər vəfat etdi – RƏSMibackend

Azərbaycanda daha 531 nəfər sağaldı, 6 nəfər vəfat etdi - RƏSMi

Azərbaycanda koronavirus infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

KONKRET.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 28 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib, 7 615 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə ümumilikdə 658 782 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*