İyunun 1-dən hava şəraiti uyğun olarsa, çimərlik mövsümünə start veriləcək. Koronavirus pandemiyasına görə qadağalar sırasında bu sahə də var. Lakin artıq bəzi ölkələr çimərliklərin istifadəsinə icazə verib. Azərbaycan da mayın 4-dən sonra karantin rejiminin yumşaldılmasına başlayıb. Bəs çimərliklərin istifadəsinə nə vaxt icazə veriləcək?
KONKRET.az-ın məlumatına görə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu məsələ ilə bağlı növbəti günlərdə qərar veriləcək:
“İdman zalları, çimərliklər, parklar, bulvarın açılması önümüzdəki günlərdə məlum olacaq. Bu, məsələ statistik göstəricilərdən asılıdır. İndidən bir söz deyə bilmərik. Hələ ki bunların açılması gündəmimizdə yoxdur”.

190manatla bagli oglum Mehraliyev Sehriyar erze yazib gonderib hec bir yerde isdemir adina ne torpaq sahəsi ne masin nede ev var bu elaqe nomreside qoyub 055 351 86 86 heleki bir xeber yoxdur xayis edirik bu meseleyle bagli bize komeklik edesiniz