Azərbaycanda karantin rejimi necə yumşaldılacaq? – AÇIQLAMAbackend

Azərbaycanda karantin rejimi necə yumşaldılacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejim mayın 4-ə kimi uzadılıb. Mayın 4-dən etibarən isə bəzi yumşaldılmalarının ediləcəyi ehtimal olunur.

Əsas sual xüsusi karantin rejimi ilə bağlı ilk hansı qadağalara aradan götürülməsi barədədir.

KONKRET.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Missiya.Az-a açıqlamasında bildirib ki, yumşaldılmalar mərhələli şəkildə həyata keçirilməlidir:

“Yumşaldılmalar ilk növbədə iş yerlərinin açılması ilə bağlı olacaq. Əsasən fərdi qaydada işləyən vətəndaşların iş yerlərinin açılması gözlənilir. Əhalinin sərbəst hərəkət etməsində də müəyyən yumşaldılmalar olacaq. Çox ehtimal maskasız hərəkət etməyə qadağa qoyulacaq. Maskasız hərəkət edənlər isə cərimələnəcək”.

Fazil Mustafa rayonlar və şəhərlər arasında giriş-çıxışın da yumşaldılacağının gözlənildiyini deyib: “Ola bilsin ki, giriş-çıxışla bağlı sərt qadağalar götürülsün və müəyyən yumşaldılmalar edilsin”.

Millət vəkili Bakı metrosunun mayın 4-dən sonra da fəaliyyətini bərpa etməsinin tez olduğunu deyib: “Metronun fəaliyyətinin bərpası müəyyən müddət ləngidilməlidir”.

  • omer
    Aprel 20, 2020 - 17:32

    tamami ile duzdur metronun islemesine virus dunyada tam sengimemis icaze vermek olmaz..yeni heleki ali mektebler islemir metroda islemesi vacib deyil..mence metro ve ali mektebler heleki islemeli deyil..umumiyyetle sirketlerin oz avtobusu ve taksiler islese yaxsidir.birdeki ferdi avtomobiller..metro ve avtobuslar islemese yaxsidir helelik…amma bu masqa meselesi nedi bilmirem?masqa tapimayanda deyirdiler masqa taxmaq vacib deyil.indi nooldu?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*