Azərbaycanda klub rəhbəri faciəvi şəkildə öldübackend

Azərbaycanda klub rəhbəri faciəvi şəkildə öldü

Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.

KONKRET.az xəbər verir  ki, onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb.

Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.

Çayda boğulanlardan biri – Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəri olub.

R.Əliyev evli olub, 3 övladı qalıb.(İdmanxeber.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*