Azərbaycanda koronavirusa yoluxma əmsalı üç dəfədən çox artıb – RƏSMİbackend

Azərbaycanda koronavirusa yoluxma əmsalı üç dəfədən çox artıb - RƏSMİ

“Son günlər ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı rəqəmlər yüksəkdir”.

KONKRET.az xəbər verir ki, bunu Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, Azərbaycanda son günlərdə yoluxma kəskin sürətdə artır:

“Bizim üçün önəmli olan yoluxma əmsalıdır. Təəssüf ki, avqustun 1-də yoluxma 7 faizə yaxın idisə, bu gün 23 faiz yoluxma əmsalı görürük. Bu da 20 gün ərzində ciddi artıma işarə edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*