Azərbaycanda məktəbdə yayılan video ilə bağlı araşdırma başladıbackend

Azərbaycanda məktəbdə yayılan video ilə bağlı araşdırma başladı

Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəblə bağlı yayılan video ilə əlaqədar vətəndaş müraciətinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanıb.

Bu barədə KONKRET.az-a regional təhsil idarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticəsi ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbdə pul yığıldığına dair videogörüntü yayılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*