Dövlət Statistika Komitəsi (DSK) rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı yeni rəqəmləri açıqlayıb.
KONKRET.az xəbər verir ki, Modern.az-ın statistik məlumatlara əsasən apardığı araşdırmaya görə, son illərdə belə uşaqların sayında azalma müşahidə edilsə də, 2022-ci ildə əvvəlki illə müqayisədə artıb.
Belə ki, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə edilib. 2021-ci ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu göstərici 7% artaraq 18 800-ü keçib ki, bu da diri doğulan uşaqların 15%-ni təşkil edib. Yəni 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.
Cədvəl – illər üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı aşağıdakı kimi olub:
2012
|
27031 |
2013
|
25069 |
2014
|
25486 |
2015
|
24038 |
2016
|
26288 |
2017
|
22796 |
2018
|
20716 |
2019
|
21453 |
2020
|
17714 |
2021
|
17566 |
TV-LƏRDƏ REKLAM OLUNAN SƏVİYYƏSİZ VƏ ŞƏRƏFSİZLƏRİN (CƏNGƏLLİKDƏ BİOLOJİ TƏMASLARININ) HANSI İSTİQAMƏTDƏ TƏBLİĞAT APRMALARININ NƏTİCƏLƏRİ ORTAYA ÇIXMAQDADIR….YAZIQ MİLLƏTİM