Azərbaycanda piylənmədən əziyyət çəkən uşaqların sayı açıqlandıbackend

Azərbaycanda piylənmədən əziyyət çəkən uşaqların sayı açıqlandı

2020-ci ilin statistikasına görə, Azərbaycanda 14 yaşına qədər 1126 uşaq piylənmədən əziyyət çəkir.

KONKRET.az xəbər verir koi, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endekrinoloqu Azad Əkbərzadə bildirib. Onun sözlərinə görə, onlardan 544-ü qız uşaqğıdır:

“Piylənmədən əziyyət çəkən uşaqların 190-ı son ildə müraciət edib. 14-18 yaş aralığında olan 464 nəfərdir. 130-u son ildə qeydiyyata alınıb. Bu da ümumi sayı 1/4-ni təşkil edir”.

Endekrinoloq 18-28 yaş aralığında 977, 30 yaşdan yuxarı isə 4443 nəfərin piylənmədən əziyyət çəkdiyini deyib:

“Bunun da 499-u son ildə müraciət edənlərdir” – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*